Hər zaman müştərilərini yenilikləri ilə sevindirən “İDEAL” mağazalar şəbəkəsi bu dəfə müştərilərinə World Card-la ideal bir təklif etdi!

Artıq, World Card sahibləri də “İDEAL” mağazalar şəbəkəsindən alış-veriş edə bilərlər. Bu isə hələ hamısı deyil.

Belə ki, 10 mart tarixlərinədək alış-veriş edən World Card sahiblərini İDEAL mağazalarında 35%-dək endirim gözləyir, üstəlik 1-31 mart tarixləri arasında alış-veriş edən World Card sahibləri etdikləri alış-verişin məbləğini 8 ay ərzində hissə-hissə ödəmək imkanı qazanırlar.

Beləliklə, indi hər bir World Card sahibi Azərbaycanda parfum və kosmetika sektorunun lideri olan İDEAL mağazalar şəbəkəsindən alış-veriş edib, məbləğini 6 aya hissələrlə ödəyə bilər.

Xatırladaq ki, İDEAL mağazalar şəbəkəsi 14 ildir fəaliyyət göstərir. “İDEAL” mağazalarında müştərilərə dünyanın ən tanınmış brendlərinin parfum, dekorativ kosmetika və qulluq vasitələri təqdim edilir.