Marketing Kingdom Baku-nun nümayəndəsi, P World şirkətinin tədbirlərin təşkili üzrə mütəxəssisi ilə müsahibə.
4-5 aprel tarixlərində Bakıdakı "Four Seasons" mehmanxanasında Marketing Kingdom Baku tədbiri keçiriləcək. Tədbirdə London Olimpiya Oyunları, Microsoft, Yahoo!, Coca-Cola və LEGO-nun marketinq üzrə direktorlarını bir araya gələcəklər.
Azərbaycan getdikcə daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Marketing Kingdom tədbirinin unikallığı nədədir? Bu tədbirin keçirilməsi üçün nəyə görə məhz Bakı seçilib?
Marketing Kingdom-un unikallığı ondadır ki, bu vaxta qədər Azərbaycanda heç vaxt marketinq sahəsində bu cür irimiqyaslı tədbir keçirilməyib. Tədbirin daha bir özünəməxsusluğu isə dünyanın iri şirkətlərində çalışan məşhur menecerlərin çıxışları olacaq.
Bakı çoxdan bəri bizim diqqət mərkəzimizdə idi, lakin biz əmin olmaq istəyirdik ki, bazar həqiqətən belə miqyaslı tədbirlərə hazırdır. Bazarın tədqiqi göstərir ki, marketinq mövzusu burada aktualdır.
Marketing Kingdom Baku iştirakçıları mühazirəçilərdən hansı vərdişləri və bilikləri öyrənəcəklər. Tədbir marketinq sahəsində çalışan peşəkarlara hansı fayda verəcək?
Tədbir bir çox qlobal, regional və yerli şirkətlərin qarşılaşdıqları bəzi problemlərin həllinin tapılması üçün ideal platformadır.
Marketing Kingdom Baku-nun formatı interaktivdir. Mövzular Azərbaycanın peşəkar marketoloqlarının bilik və bacarıqlarının artırılması məqsədilə seçilib.
Tədbir ideya mübadiləsi, marketinq sahəsində mütəxəssislər, mühazirəçilər, tərəfdaşlar, təşkilatçılar və media arasında həllərin tapılması üçün ideal məkan olacaq.
Əvvəlcə Marketing Kingdom Baku tədbirində 200 nümayəndənin iştirakı nəzərdə tutulurdu, lakin onun rəsmi açılışından ay yarım əvvəl bu rəqəm xeyli artdı.
Nümayəndələr məruzəçilərin məzmunlu təqdimatları ilə tanış olacaq, xüsusi hədiyyələr əldə edəcəklər. Mən hər bir iştirakçını hazır suallarla gəlməyi və sessiyalar ərzində onlara cavab tapmağa çağırıram. Bu halda iştirakçılar tədbirdən real fayda əldə edə biləcəklər.
Konfransda hansı mövzular işıqlandırılacaq?
Tədbir zamanı marketinq, o cümlədən sosial media, istehlakçı marketinqi, rəqəmli marketinq və reklam sahəsində yeniliklərdən xəbər tutmaq mümkün olacaq. Marketing Kingdom Baku-nun keçiriləcəyi iki gün ərzində ardıcıl sessiyalar təşkil olunacaq ki, bunlarda da hər bir nümayəndə iştirak edə bilər.
Konfrans London Olimpiya Oyunlarının marketinq üzrə direktoru Qreq Nuqentin çıxışı ilə başlanacaq. Yeri gəlmişkən, o, 2008-ci ildə ABŞ prezidenti Barak Obamanın seçkiqabağı kampaniyasının fəal iştirakçılarından biri olub.
Tədbir iştirakçıları Yahoo şirkətində on il müddətində müxtəlif vəzifələrdə çalışmış Marvina Liao, LEGO-nun sosial media üzrə direktoru Lars Silberbauer, Henkel şirkətinin (burada Schwartzkopf kimi brendlərlə tanış olan) baş meneceri Steffen Ruebke; Microsoft şirkətinin korporativ kommunikasiyalar üzrə direktoru Tomas Censen və bir çox başqalarının aparacağı seminar və sessiyalardan yararlana biləcəklər.
Tədbirin proqramı ilə tanış olmaq üçün bu səhifəni ziyarət edin: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku.
Bu cür iri miqyaslı tədbirin hazırlanması nə qədər vaxt aparır? Siz hansı çətinliklərlə qarşılaşmısınız?
Adətən biz bu kimi tədbirlərə hazırlıq işlərini yarım il əvvəl başlayırıq, bazarı tədqiq edirik və tədbirin miqyası barədə qərar veririk. Bu, tədbirin proqramının hazırlığı, lazımi tərəfdaşların axtarılıb tapılması (sponsorlar, media, tərəfdarlar) gündəliyin dəqiq planlaşdırılması və sessiyaların ardıcıllığını (belə ki, hər bir sessiyanın özünəməxsus məqsədi var) ehtiva edən uzun bir prosesdir. Tədbirin keçiriləcəyi yerin seçilməsi və hazırlanması, vizaların alınması, məruzəçilərin cəlb olunması, tədbirin PR vasitəsilə təbliğ olunması, telemarketinq, reklam və başqa işlər də az vaxt aparmır.
Beynəlxalq ekspertləri seçmək asan idi? Bu prosesi necə təşkil etdiniz? Tədbirə dəvət etməyi planlaşdırdığınız hər bir kəsi cəlb etməyə nail olmusunuz?
Biz tədbirlərin təşkili üzrə lider şirkətik, bizim bəzi iri beynəlxalq korporasiyalarla sıx əlaqələrimiz var, dünyanın ən qabaqcıl şirkətləri ilə işləyirik. Məsələn, biz Facebook şirkətini Cənubi Avropada keçirilən konfransa gətirən ilk şirkət olmuşuq və bununla fəxr edirik.
İşgüzar əlaqələr bizə marketinq sahəsində liderləri Azərbaycan kimi hələ formalaşmaqda olan bazarlara cəlb etməyə imkan verir. Bakıya gətirəcəyimiz məruzəçilərin əksəriyyəti bizim dostlarımızdırlar və onlar tərəddüd etmədən Marketing Kingdom Baku tədbirində çıxış etməyə razılıq verdilər.
Çalışırıq ki, tədbir iştirakçılarının diqqətinə ən yaxşı təqdimatları çatdıraq.
Qeyd edək ki, tədbirin keçirilməsinə biznesinfo.az, Facemark.az & Facemark TV, mak.az, Trend.az, BOUTIQUE Magazine, Zerkalo, ANS TV, Azerbaijan Marketing Society, AIESEC, jobs.day.az, marketer.ge kimi qurumlar tərəfdaşlıq edirlər.
Daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün tədbirin rəsmi saytını ziyarət edin: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku
Azercell Telecom, Pasha Bank, Peugeot, VIP Club Concierge və Hesab.az kimi Azərbaycan şirkətləri tədbirin sponsorlarıdır.
Marketing Kingdom Baku tədbirinin aparıcı reklam agentliyi qismində Bruketa&Zinic Baku şirkəti çıxış edir.