Bankın mətbuat xidmətindən verilən məlumata görə, “Pul köçürənə VISA Classic + 10 AZN hədiyyə!” aksiyası 11-15 mart tarixlərini əhatə edir.
Aksiya ərzində “Bank Standard”ın filiallarında təcili pul köçürməsi həyata keçirən hər kəsə köçürmə məbləğindən asılı olmayaraq VISA Classic bank kartı və 10 manat hədiyyə verilir. “Bank Standard”ın plastik kartına artıq sahib olan müştərilər üçün 10 manat onların mövcüd kartlarına yüklənəcək. Bankın kart sahibləri olmayanlara isə bu məbləğ yüklənmiş VISA Classic kartı pulsuz veriləcək.
Qeyd edək ki, hər müştəri gün ərzində yalnız bir dəfə bu hədiyyəni ala bilər.
“Bank Standard” təcili pul köçürmə xidmətlərini “Western Union”, “Xpress Money”, “Private Money”, “Faster”, “Caspian Money Transfer”, “Contact”, “Migom”, “Zolotaya Korona”, “Blizko”, “Lider”, “Coinstar”, “Monex” və “İntel Express” sistemləri vasitəsilə göstərir. Təcili pul köçürmə sistemlərinin xidmətlərindən “Bank Standard”ın paytaxt və regionlarındakı filiallarında faydalanmaq olar.