11-15 mart tarixləri ərzində “Bank Standard”da depozit hesabı açanlara depozit müqaviləsi üzrə aylıq faiz gəliri hədiyyə olunacaq.
Kampaniyanın şərtlərinə əsasən 10 000 AZN/USD məbləğindək olan depozitlər üçün depozit müqaviləsi üzrə faiz dərəcəsinin aylıq məbləği, 10 000 AZN/USD məbləğindən artıq olan depozitlər üçün isə 10 000 AZN/USD məbləğində olan depozitin faiz dərəcəsinin aylıq məbləği hədiyyə olunacaq.