Hər zaman maraqlı yazıları ilə istifadəçilərin sevimli saytına çevrilən www.facemark.az saytı istifadəçilər arasında “Ətri hansı mağazadan alırsınız?” adlı sorğu keçirib.
10 cavab variantı olan, 5 gün davam edən, 10.419 insanın səs verdiyi sorğu nəticəsində 1-ci yeri 6347 səs(60.9%) faizlə “İDEAL” parfum və kosmetika mağazalar şəbəkəsi tutub.
Xatırladaq ki, ”İDEAL”mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb. Yarandığı ilk gündən şirkətin məqsədi milli brendin yaradılması, ideal, qusursuz, yeni mükəmməl bir obrazın formalaşdırılmasıdır. Hal-hazırda şirkət 16 mağazası ilə müştərilərə xidmət edir.
İdeal mağazalarında dünyanın ən məşhur brendlərinin parfum, dekorativ kosmetika və qulluq vasitələri müştərilərə təqdim edilir.
“İDEAL”-ın Nizami küçəsi 66 ünvanında yerləşən niş parfum butikində müştərilərə eksklyuziv niş ətirlər təqdim edilir.
2012ci ildə“İDEAL” şirkəti“28 Mall” ticarət mərkəzində bütün Zaqafqaziyanın ən böyük parfum və kosmetika mağazasını açıb.
Fəaliyyəti dövründə şirkət ”İnternational Quality Award”, “Brand Award Azerbaijan”, “Azeri Business Award” və s. kimi bir çox mükafatlara layiq görülüb.