“Bank of Baku” bahar mövsümünün gəlişi ilə əlaqədar müştərilərin bayram və gündəlik ehtiyaclarını qarşılamaq üçün güzəştli “Bahar gəldi, işlər düzəldi” adlı kredit kampaniyasına başlayır.
12 martdan 15 may tarixinədək vətəndaşlar pul kreditinə 3 %-lik endirimdən yararlana bilər. Kreditin maksimal məbləği 10.000 manat, müddəti isə 30 aya kimidir.
“Bahar gəldi, işlər düzəldi” kredit kampaniyasının digər üstün cəhəti ondan ibarətdir ki, nağd pula ehtiyacı olan, lakin hazırda nağd krediti olan şəxslər belə ondan bəhrələnə bilər. Beləliklə, kredit borcu olan vətəndaşlar paralel kredit ala bilərlər.
“Bahar gəldi, işlər düzəldi” kampaniyasının təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. “Bank of Baku” istənilən sualı onlayn rejimdə də cavablandırır. Bunun üçün bankın www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi– www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.