Bu gün Azercell şirkəti “Bahar”, “Limitsiz internet” və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” aksiyalarına start verib.
Kampaniyalar çərçənbə axşamı keçirilmiş mətbuat konfransında ictimaiyyətə elan olunub.
“Bahar” kampaniyası çərçivəsində Samsung telefonlarının müəyyən modellərini 1 manat ödəməklə əldə edən abunəçilərə hər ay telefon modelindən asılı olaraq 25, 50, 55 və 60 manat ödəməklə 18 ay ərzində müvadiq olaraq ölkədaxili 200 dəqiqəyədək danışıq, 200-dək pulsuz SMS və 2GB həcminədək internet hədiyyə olunacaqdır.
“Limitsiz internet” kampaniyasının şərtlərinə görə isə abunəçilər 10 faktura dövrü ərzində cəmi 9 manat ödəməklə 4GB həcimli mobil internet paketindən istifadə edə biləcəklər. Modem müştəriyə pulsuz veriləcəkdir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya”nın şərtlərinə görə, Qarabağ müharibəsi veteranları öz adına olan bir nömrənin balansına yüklədikləri hər məbləğə görə əlavə eyni həcmdə bonus əldə edəcəkdir.