“AtaBank” ASC-nin 2013-cü ilin fevral ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olmuşdur. Belə ki, 2012-ci ilin fevral ayı ilə müqayisədə aktivlər 26.7% və ya 60.8 mln manat artaraq 289.0 mln. manat olmuşdur.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 25.8% və ya 39.4 mln. manat artaraq, 191.8 mln. manat təşkil etmişdir.
Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 28.2% və ya 53.8 mln. manat artaraq, 244.3 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2012-ci ilin fevral ayında bu göstərici 190,5 mln. manat təşkil etmişdir.
2012-ci ilin fevral ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9% və ya 2.9 mln. manat artaraq 27.9 mln. manat olmuşdur.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.