Novruz bayramında “Azercell Telekom MMC” nə abunəçilərini, nə də virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi Facebook səhifəsinin üzvləri üçün yeni “Novruz Sevinci” adlı kampaniyaya start verilir.
6 günlük kampaniya müddətində hər bir Facebook istifadəçisi Azercell-in səhifəsindəki oyuna qatılmaqla müxtəlif məbləğli danışıq kartları əldə edə bilər. Bunun üçün “Novruz Sevinci” tətbiqetməsinə qoşulmaq lazımdır. Facebook istifadəçiləri oyun zamanı Novruz bayramının simvolları olan virtual hədiyyələri toplayır və buna uyğun xallar qazanır. Hər günün sonunda ən çox xal toplamış 3 şəxs müvafiq olaraq 50, 30 və 20 AZN-lik SimSim danışıq kartları əldə edir.
Qeyd edək ki, “Novruz Sevinci” tətbiqetməsi Barama İnnovasiya Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlamış “Codega” şirkəti tərəfindən hazırlanıb. Oyunun qaydaları çox sadə olduğundan, hər bir FB istifadəçisi “Novruz sevinci”nə qatılıb hədiyyə qazana bilər.