"Bakcell" şirkəti "Sony şirkətinin ən yaxşı Xperia smartfonlarından faydalanın!" şüari ilə yeni kampaniyaya hazırlayıb.
Kampaniyaya əsasən, bu modellərdən istədiyinizi seçib, ödədiyiniz məbləği bonus şəklində il ərzində balansınıza qaytarırsınız:
1. Sony Xperia Z
2. Sony Xperia Tipo
3. Sony Xperia V
4. Sony Xperia J
 


Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilər bilər. Bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 15 AZN yüklənməlidir. Bundan əlavə, Bakcell abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar.



Bonuslar kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi təklif olunan smartlfon modellərindən birini seçib balansa 900 manata qədər bonus almaq imkanını əldə edəcəkdir.

Sony Xperia smartfonlarını "Bakcell"in rəsmi diler mağazalarından ( Baku Electronics, Soliton, Sharks Mobile, DNS Computers, Teecom/Nano, Computex ) əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.