Azərbaycanda nağdsız ödəmələri təşviq etmək məqsədi ilə “Bank of Baku” Bolkart kredit kart müştərilərinə mobil danışıq balansını hədiyyə edir. Beləliklə, 19-20-21 mart 2013-cü il tarixlərində Bolkart ilə hər 100 manatlıq məbləğdə alış-verişə kart sahiblərinin mobil telefon nömrəsinə 21 dəqiqəlik danışıq haqqı yüklənəcək. Daha çox alış- veriş məbləğinə müvafiq olaraq daha çox danışıq haqqı yüklənəcək.


Hədiyyəli mobil danışıq balansı müştərinin  bankda qeydiyyatda olan mobil telefon nömrəsinə yüklənəcək. Hədiyyəli balans martın 31-də 1 dəqiqə =5 qəpik hesabı ilə manat ekvivaletində köçürüləcək.


 


Xatırladaq ki, Azərbaycanın aparıcı nağdsız dövriyyə kartı olan Bolkart alınan malın dəyərini 1,3,6 və 12 aya bölüb hissə-hissə  ödəməyə imkan verir. Bolkartı  qısa müddət ərzində  artıq 75. 000-nə yaxın ölkə vətəndaşı əldə edib və bu rəqəm dinamik şəkildə artır. Bu gün Bolkartla ölkəmizin 600-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.


 


Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.


Ətraflı məlumat : 145 nömrəli Məlumat Mərkəzi  və http://www.facebook.com/Bolkart.