"28 cinema" kinoteatrında hollivud ulduzlarının sevimli brendi olan, dünya üzrə məhşur Hamilton saatının, Azərbaycanda isə rəsmi nümayəndəliyi VMF şirkətinin keçirdiyi kampaniyanın uduş günü keçirilmiş və Hamilton saatının qalibi müəyyənləşmişdir.
Kampaniya fevral ayının 14-dən mart ayının 6-na qədər davam edən “Məğlubedilməz: Ölmək üçün yaxşı gün” filminin premyerası əsasında həyata keçirilmişdir. Bu filmdə də Hamilton şirkətinin saatı aktyorların biləyini bəzəmişdir və filmin baş qəhrəmanı olan Brus Villis ilə birgə diqqət mərkəzində olmuşdur. Hamilton filmdə – Hamilton saatı üçün unikal üslub vermək isveçrə dəqiqliyi ilə düzəldilmiş və amerikalı ruhundan ilhamlanmış - Khaki X-Patrol və əl saatları arasında klassik janrdan olan iki model – Jazzmaster Viewmatic kimi yenilik təqdim olunub.
Bu filmdə Brus Villis öz aktyorluq karyerasında mühüm və kult olan Jon Makleyn roluna qayıdır. Onun qəhrəmanı əsl kişidir, ekstremal şəraitdə sağ qalmaq üçün bütün bacarıq və texnikalara sahibdir, xasiyyəti isə Hamilton saatının ruhuna tam uyğundur.
Artıq altı ildən çoxdur ki, Hamilton öz müştərilərinin diqqətini çəkir və öz maraqlı forması və unikal dizaynı, həmçinin müasir, yüksək keyfiyyətli materiallardan istehsal olunması ilə yoldan çıxarır. Saysız-hesabsız hollivud döyüş filmlərində iştirak edən Hamilton, Stenli Kubrikin - 2001-ci ilin futurustik Kosmik odisseyasından elmi-fantastik filmlərinə kimi, “Mən Əfsanəyəm” və “Qara geyimlio insanlar” filmlərinin epik süjetlərindən başlayaraq öz invidual üslubunun inteqrasiya ənənəsini yaratmışdır.
Saatın xoşbəxt qalibi ANS- DJ China-nın didcey ritmləri, miksləri altında püşkatma yolu ilə müəyyən olunmuşdur. Bilet ilə birlikdə verilən kupona, öz əlaqə vasitələrini yazıb və fevral ayının 14-dən mart ayının 6-na qədər filmə baxan hər bir kino tamaşaçısının qalib olmaq şansı var idi.
Hamilton saatı Cəbrayıl Sadıqova nəsib olmuşdur, hansıkı telefon vasitəsilə yığışmış qonaqların qarşısında ona zəng olunmuş və şad xəbər çatdırılmışdır.
VMF şirkəti ANS Qrup-un bir hissəsidir və 1998 – ci ildən etibarən Azərbaycanda dünyaca məhşur saat brendini təqdim edir.