“Basabasdan xilas ol!” iddialı çağırışını Hyundai metroda xüsusi aksentlə dedi. Hyundai Accent-lə. Brend ilk maşınını almaq istəyənlərə bu modelini tövsiyə edir.
Sinfində yerdən ən yüksək hündürlüyə malik Accent yığcam avtomobillər arasında ən geniş salonu ilə seçilir. Təbiətə zərəri düşünüb, avtomobil almayanlar əmin ola bilərlər - Accent ətraf mühitə rəqiblərindən xeyli sayğılıdır. Qənaətcilliyinə isə söz yox – hətta bu, avtomobili seçmək üçün əsas səbəblərdən biri ola bilər.
Accent-i mart ayında almaq üçün isə xüsusi səbəblər var.
- Martda Hyundai rəsmi dilerlərindən Accent alanlara 20 000 km-ə qədər yağ dəyişmə, yağ, hava və kondisioner filtri hədiyyə olunur.
- Bundan əlavə, sadəcə Accent modeli üçün xüsusi kredit şərtləri təklif edilir. Belə ki, bank komissiyası 2% əvəzinə, 1.5 %, sığorta faizləri isə daha aşağı dərəcə ilə hesablanır. Bununla ilkin ödəmə miqdarına da xeyli qənaət olunur.
- Martın 31-dək 2840 manat ilkin ödənişlə Accent sahibi olmaq mümkündür. Bu ödəniş 13500 manatlıq versiya və 3 illik kredit üçündür.
Bu təklifdən sonra da hələ fikirləşənlərin isə Accent-ə özlərinin baxmağı məsləhətdir. Avtomobil xarici görünüşü ilə diqqəti ilk baxışda cəlb edir. Hyundai-ın son texnoloji yenilikləri bu modeli xeyli dəyişib. Elantra və Sonata-nın vəhdəti sayılan bu Accent-də stil və təhlükəsizlik qabarıq gözə çarpır. Daxili interyerdəki yeniliklər və genişlik sürücü və sərnişinlərin rahatlığı üçündür. Baqaj həcminə görə Accent öz seqmentində olan digər avtomobillərdən üstündür. Təbii ki, təhlükəsizlik də avtomobildə ən yüksək səviyyədədir. Avtomobildə ABS-lə bərabər, sürücü və ön sərnişin hava yastıqları var.
Qeyd edək ki, Hyundai markasını Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir. Azərbaycan avtomobil bazarının liderlərindən sayılan Auto Azərbaycan 17 ildir ki, yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb.