Nar Mobile, növbəti dəfə maraqlı bir təqdimata dəstək olub. Belə ki, mart ayının 17-də  “Ali və Nino” nəşriyyatı tərəfindən çap olunan, və Azərbaycanın dörd gənc yazıçının əsərlərindən ibarət  “Bakı və ətrafı” almanaxının təqdimat mərasimi keçirilib. Almanaxa Samit Əliyev, Natella Osmanlı, Şahin Murquzov və İsmayıl Səfərlinin əsərləri daxildir. Qeyd etmək lazımdır ki, bu almanax 2009-cu ildə çap olunan və oxucuların rəğbətini qazanan, “Bakı və ətrafı” almanaxının davamıdır.


 


Maraqlı və yadda qalan anları ilə oxucularının sevimlisinə çevrilən əsərin təqdimatına gələn kitabsevərlər almanaxın hər dörd müəllifi ilə yaxından tanış olub, ünsiyyətdə olmaq imkanını əldə ediblər.


 


Korporativ sosial məsuliyyəti strategiyasının önəmli hissəsi hesab edən Nar Mobile, ölkədə təhsilin inkişafına, maarifləndirməyə yönələn layihələrə xüsusi önəm verir. Bu layihə isə, öz növbəsində “Ali və Nino” nəşriyyat evinin bu istiqamətdə etdiyi layihələrdən biridir.