Binə Ticarət Mərkəzinin 2-ci mərtəbəsində fəaliyyət göstərən “FINCA Azerbaijan”ın Lökbatan filialı 1000-ci müştərisinə kredit verdi. Uğurlu və peşəkər fəaliyyət nəticəsində filialın kredit portfeli ötən il ilə müqayisədə 62% artaraq 4,5 milyon ABŞ dollarından artıq məbləğ təşkil edib.
Lökbatan filialı Binə və Sədərək Ticarət Mərkəzlərində çalışan kiçik və orta sahibkarla FINCA Ekspress və Kiçik və Orta Sahibkarlıq Krediti kredit məhsullarını təklif edir. Filiala müraicət edən sahibkarlar qısa müddət ərzində, minimal sənəd təqdim etməklə 50.000 ABŞ dolları məbləğinədək kreditlər əldə edə bilərlər.
15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT yaranma tarixindən bu günədək müştərilərinə 635 milyona yaxın ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 137,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 153 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FINCA Azerbaijan” təkcə ən böyük Mikro-maliyyə Təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.