Azərbaycanın Birinci Gənclər klubu olan IB Club artıq sayca 4-cü məclis olacaq “IB Gənclər Məclisi – Hisslər” layihəsini həyata keçirməyə hazırlaşır.
Layihənin əsas məqsədi, gəncləri uğurlu, fərqli, yenilikçi şəxslərlə görüşdürmək, onlarla uğura çatma yollarını, uğur metodlarını bölüşmək və bununla da uğurlu gənclərin yetişməsinə və gənclər sektorunun inkişafına töhfə verməkdir.
Sözügedən layihə ötən il 3 dəfə keçirilib və müxtəlif sahələrin uğurlu, peşəkar şəxsləri, bugünə kimi ümumilikdə 900 nəfər gəncin iştirak etdiyi auditoriyalarda uğur yollarını bölüşüb, gəncləri həvəsləndiriblər və uğurlu karyera üçün ilkin addımlarını atmaqda dəstək olublar.
Aprel ayının 6-da artıq 4-cüsü keçiriləcək olan “IB Gənclər Məclisi –Hisslər” layihəsi isə, artıq, daha böyük auditoriyada uğurlu şəxsləri gənclərlə görüşdürəcək.
Nəzərinizə çatdıraq ki, Kempinski Oteldə keçiriləcək və 525 nəfərlik auditoriyada baş tutacaq 4-cü Gənclər Məclisində iştirak yalnız IB Club üzvləri və xüsusi qonaqlar üçün və ödənişsiz olacaq.
Məclisin Baş Sponsoru: Nar Mobile
Layihənin sponsorları: Madeyra, Ideal Parfumery and Cosmetics, Vitamin Meyvə Şirələri, Çuda Peçka, Pierre Cardin, LIB dil dərsləri, Cogito Reklam Agentliyi, Belia - Youth Marketing, Secret Kitab Dünyası, Shine Xaricdə təhsil, Desperado Musiqi Məktəbi.
Layihənin informasiya dəstəyi www.resurs.az, www.inkisafmerkezi.az, www.facemark.az, www.foxnews.az, www.ibclub.az portallarıdır.
Gənclərin və gənc ruhlu şəxslərin öz uğurlarını, kəşflərini, yeniliklərini bölüşə biləcəkləri məclisdə, qurumun fəaliyyəti çərçivəsində fikir mübadiləsi, təqdimatlar və digər tədbirlər baş tutacaq.
Gənclər Məclisində çıxış edəcək spikerlərin yaxın günlərdə açıqlanması nəzərdə tutulub.
http://www.facebook.com/ibgenclermeclisi