Nar Mobile, yazın gəlişini tərənnüm edən qədim xalq bayramı olan Novruz bayramı münasibətilə Mart ayının 20-dən 23-dək  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Mart ayının 20-21-də Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda keçrilən silsilə şənliklərə dəstək olacaq. Silsilə tədbirlər çərçivəsində paytaxt sakinləri üçün şənliklər, muzeylərə ekskursiyalar, konsert proqramları, uşaqlar üçün yarışmalar təşkil olunacaq, həmçinin gənclərin əl işləri nümayiş olunacaqdır.


 


“Mən ilk dəfədir ki, Azərbaycan xalqının bu möhtəşəm bayram şənliyinin şahidi oluram. Mədəniyyət, adət-ənənə hər bir xalqın tarixində böyük rol oynayır və insanlar, onların yaşayış tərzləri haqqında geniş məlumat verir. Bu baxımdan Novruz bayramı Azərbaycan xalqının qədim tarixi və mədəni irsinin gözəl nümunəsidir. Biz də Nar Mobile olaraq xalqın ən yaddaqalan və önəmli bayramlarında onlarla birgə olmaqdan qürur hissi duyuruq”, - deyə şirkətin Baş İcraçı Direktoru Kent Maknili bildirib.  


 


Qeyd edək ki, tədbirlər dörd gün ərzində, mart ayının 20-dən 23-dək İçəri Şəhərdə və iki gün ərzində, Mart ayının 20-21-i Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda səhər saatlarından axşam saatlarına kimi davam edəcək və tədbirlərə hər kəs dəvətlidir.