Layihədə məqsəd gəncləri natiqlik sənətinin sirləri, təşkilat strategiyasının qurulucuğu, təməl ideologiya, müasir dövlət modeli, vətəndaş cəmiyyəti barədə maarifləndirmək və bütün vacib məqamları öyrətməkdir.
Layihə üzrə təlimlər altı həftə ərzində hər həftəsonu keçiriləcək. İştirakçılar 2 mərhələ əsasında seçiləcək:
1. Online ərizə
2. Müsahibə
Təlimlər və onlara daxil olan mövzular:
1. İctimai şəxsin inkişafı (3 dərs)
• Natiq necə olmalıdır və natiqlikdə əsas ünsürlər
• Nitq söyləyərkən yaranan problemlər və onların aradan qaldırılması
• Fikirlərimizi necə rahat ifadə edə bilərik?
• Çıxış zamanı auditoriyanın diqqətini necə cəlb etməli?
• Çıxış zamanı həyəcan və emosiyaların idarə edilməsi
• Çıxış edərkən gözlənilməz suallara necə cavab verməli
2. Təşkilatın strategiyasının quruculuğu (1 dərs)
• Təşkilatın missiya və məqsədi
• Təşkilat strategiyasının hazırlanması
• Strateji məqsədlərə gedən yolda taktiki hədəflərin qurulması
• Əks mərkəzləşmə
3. Klassik siyasi ideologiyalar və müasir dövlət idarəçiliyi modeli (1 dərs)
• Dörd klassik təməli deologiyalar (din, millətçilik, liberalism və sosializm)
• Müasir dövlət modeli (sosial-demokratiya, liberal-demokratiya, nasional-sosializm, xristian-sosializm, islam demokratiyası)
4.Vətəndaş cəmiyyəti (1 dərs)
• Jan Jak Russonun ictimai anlaşması
• Vətəndaş Cəmiyyətinin yaranması
• Vətəndaş Cəmiyyətinin yaranmasının səbəbi və məqsədi
• Mono və Polidövlətdə Vətəndaş Cəmiyyəti
• Vətəndaş Cəmiyyətinin maliyyələşməsi
İştirakçılara layihə sonunda sertifikatlar təqdim olunacaq və bütün təlimlər Different Minds Center tərəfindən tamamilə ödənişsiz şəkildə həyata keçiriləcək!
Maraqlananlar aşağıdakı linkdən ərizə formasını doldura bilərlər:
https://docs.google.com/forms/d/1o8JCVdSKUAVq6lducL15RZQksOBeZAX9wPtag8qpEr0/viewform?pli=1
Son qeydiyyat tarixi 25 Mart.
Yerlər məhdudur!
Əlavə məlumat üçün:
Different Minds Center: https://www.facebook.com/dmcmmc?fref=ts
https://www.facebook.com/events/471142699617684/
Mob: (+99455) 318 16 18
Ünvan: Cəlil Məmmədquluzadə 196, (Həsən Əliyev və Hənifə Ələsgərova küçələrinin kəsişməsi, "TQDK" və Tibb Universitetinin yaxınlığı)