Azərbayacanın süd məhsulları istehsalçısı, Milla brendinin sahibi AZFP Co. LTD şirkəti yeni bio yoqurt və ayran məhsullarının istehsalına başlayır.
Şirkətin İnternet səhifəsinə istinadən xəbər veririk ki, yeni bio yoqurt məhsulları alma və böyürtkən, çiyələk və kivi, qara gavalı, tropik meyvələr, yemişli, portağallı və ballı çeşidlərində istehsal olunacaqdır.
Bundan başqa, ilk dəfə Milla bredi adı altında içməli yoqurtların istehsalına da başlanılır. Yaxın günlərdə “Milla BioAktiv” çiyələk, nar, qara gavalı və giləmeyvələr dadlı içməli yoqurtlar satışa çıxarılacaqdır.
Yeni ayran məhsulları isə sadə və nanəli çeşidlərdə istehsal olunacaqdır.
Həmçnin McDonald’s-ın Bakıdakı restoranlarının menyusunda yer alan Milla ayranın da qablaşdırılması yenilənir.