“Lüks seçim deyil, ehtiyacdır.” Bu sloqan ilk dəfədən hərkəsdə mütləq müəyyən hisslər doğurur. Bununla razı olanlar da olacaq, razı olmayanlar da. Lakin bu sloqanın məhz dünyada lüksün simvolu olan, lüksü əks etdirən bir markaya – 'Cadillac'a aid olması işləri dəyişir. Bu sloqan Cadillacı tam olaraq ifadə edir və insanlar üzərində yaratdığı təsirdə tam olaraq Cadillac-ın tərzinə uyğundur.


 


Sözü gedən sloqan Cadillac ailəsinin ən çox sevilən üzvlərindən olan ESCALADE üçün nəzərdə tutulub. Sloqandan da göründüyü kimi reklamda da ESCALADE-in lüksün simvolu olması, fərqliliyi mövzusu işlənilib. Reklam filmində məhz lüks məsələsinə toxunulması da təsadüfi deyil. Çünki bu artıq dünyada qəbul olunub və Azərbaycanlı alıcılar üçün nəzərdə tutulmuş ilk  reklam filmində ESCALADE yerli alıcılara öz əsas cəhətini, üstünlüyünü göstərməli idi. ESCALADE-in fərqlənən xarici dizaynı, cazibədar görünüşü də reklamda önə çıxıb və deyilənləri mükəmməl şəkildə tamamlayıb.


 


Rəsmi distribütör GM Baku Center Cadillac ESCALADE üçün çəkdiyi yeni reklam filmini Azərbaycanlı alıcılara hədiyyə edib. Bu hədiyyə həm də GM Baku Center-in Cadillac-a hədiyyəsidir.


 


Kreativ direktor: Hakan Kaynak


Strateji planlama direktor: Yunus Baran


Art direktor: Elnur Babayev


Jr. art direktor: Rəşad Baxışov


Kopirayter: İlham Əkbərli


Müştəri təmsilçisi: Araz Səlimov 


Prodakşn: Cinealliance


General producer: Əliağa Məmmədov


Rejissor və operator: Aleks Lamax


Rejissor yardımçısı: Anastasiya Nikolayeva


Texniki rejissor: Hüseyn Hüseynov


Layihə koordinatoru: Seymur Məmmədov


Səs tərtibatçısı: Azad Vəliyev