Üz-gözü əzilmiş, üst-başı cırıq-sökük Juventus oyunçuları Turində, Corso Lombardia, 194 ünvanında nə gəzirdilər? Əlində top, çiynində idman çantası ağ-qaralı Jeep Wrangler-indən düşüb həvəslə bu ünvana gələn Andrea Pirlo-nun sir-sifətini kim belə “bəzədi”? Planetin ən yaxşı oyunçularından biri niyə özünü bu hala salmağa imkan verdi? Pogba niyə “silahdaşlarını” duelə çağırdı?


 


Azarkeşlər Bavariya ilə oyunu səbirsizliklə gözləməkdəykən, Juve İtaliyanın ən güclüsü, Avropanın isə 8 ən yaxşı komandasından biri olmasını bilir. Doğrudur, bəzi “ağzıgöyçəklər” proqnozuna görə, Juve Çempionlar Liqasında maksimum yarımfinala qədər irəliləyə bilər. O da əgər Bavariyanı udsa… Amma turinlilər əmindirlər ki, onları heç nə dayandıra bilməz!


 


Yeni Jeep Wrangler-in reklam çarxında Juve oyunçuları bunu deyirlər. Lakin özlərini göstərməyə macal tapmırlar. Bəs yarımmüdafiəçilər Andrea Pirlo, Paul Labile Pogba, Arturo VidalClaudio Marchisio, müdafiəçilər Giorgio ChielliniAndrea Barzagli, qapıçı Gianluigi Buffon və hücumçu Mirko Vucinicin qabağında top oynatmağa cəsarəti çatan gənc kimdir elə?