Aegis Plc,Yapon reklam qrupu olan Dentsu Inc. ilə birləşməyə dair rəsmi razılaşmanın 26 Mart tarixində bağlandığını bəyan edib. Sözügedən razılaşma haqqında ilk dəfə 2012-ci il iyulun 12-də açıqlama verilmişdi. Beləliklə, bu reklam qrupu dünyanın ən rəqabətədavamlı və dinamik holdinqlərindən biri olmaqla yanaşı, Asiya-Sakit okean bölgəsində ən iri media holdinqə çevrilərək, Avropada irimiqyaslı operator, Şimali Amerikada isə ən sürətlə inkişaf edən qrup olacaq. Həmçinin rəqəmsal erada yaranan və onun bütün məqsədlərini yerinə yetirən yeganə qlobal şəbəkə olacaq. Yeni birləşmiş quruma dünyanın 110 ölkəsi və 36 000 əməkdaşı daxil olacaq.


 


Birləşmə nəticəsində Aegis Group-a daxil olan bütün beynəlxalq şəbəkə brendləri (Carat, iProspect, Isobar, Posterscope, Vizeum Aztec) öz işini adi rejimdə davam etdirəcək, eyni zamanda adını, bazar mövqeyini və təşkilati quruluşunu saxlayacaq.


Dünya səviyyəsində fəaliyyət xüsusi yaradılmış DentsuAegisNetworkqlobal bölmə vasitəsilə həyata keçiriləcək. Şəbəkənin qərargahı Londonda qalacaq.