Azərbaycanın bank bazarında aparıcı maliyyə təsisatlarından olan “Bank of Baku” bu yaxınlarda öz bir milyonuncu kreditini verəcək. Sayca 1 milyonuncu krediti rəsmiləşdirən müştəriyə möhtəşəm mükafat ayrılacaq. Kreditlərin sayı barədə məlumat promo aksiya üçün xüsusi hazırlanmış www.milyoncukimidincel.com səhifəsində canlı olaraq yenilənir. Bu saytda kredit üçün onlayn ərizə forması da öz əksini tapıb. Bank tərəfindən bir milyonuncu kreditin ayrılmasına az bir zaman qalıb.
Beləliklə,“Bank of Baku”-dan bir milyonuncu kredit alacaq şəxs bank tərəfindən müəyyən edilərək ona və ona yaxın digər bir şəxsə Aralıq dənizinə kruiz səfəri mükafatı təqdim ediləcək. Haqqı bank tərəfindən ödəniləcək səyahət zamanı qalib müştəri yaxını ilə birgə Türkiyə, İtaliya, Yunanıstan və digər hövzə ölkələrinin əsrarəngiz gözəlikləri ilə əyani şəkildə tanış ola biləcək. Səyahət paketinə qida, gəmidə əyləncə proqramı, dənizə açılan pəncərəli kayutada rahat yaşayış daxildir. Bundan savayı, qalib müştəri və yaxını səyahət müddəti üçün tibbi sığorta, kruizin başlayacağı İstanbul şəhərinə aviabilet və digər üstünlüklərlə təmin ediləcəklər.
Aralıq dənizinə səyahət mükafatını hər bir Azərbayan vətəndaşı qazana bilər.
Mükafat kampaniyası ilə daha ətraflı şəkildə tanış olmaq üçün “Bank of Baku”-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.