“IB Gənclər Məclisi” – Hisslər

“Nar mobile” baş sponsorluğu ilə, Kempinski Badamdar otelində həyata keçirilən layihə sayca artıq IV-dür.

“IB Gənclər Məclisi” uğurlu, fərqli, yenilikçi gənclərin və gənc ruhlu şəxslərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini Sizlərlə bölüşə biləcəyi tək məclisdir. Bu məclis yenilikçi, fərqli gənclərin məkanıdır. Məclisdə bir uğurla həyatına rəng qatmış, bir bacarığı ilə böyük uğurlar qazanmış Gənclər tanınacaq. Həmçinin sizin inkişafınız üçün fürsətlər yaradacaq. 

IB Gənclər Məclisinə spiker kimi, qazandığı uğurları, yaratdığı fərqlilikləri bölüşüb, izləyicilərə öyrədəcək, dəyişiklik yaradacaq, onları həyatda uğur qazanmağa motivasiya etmək məqsədli olan gənclər və gənc ruhlu şəxslər iştirak edə bilər. Məclisə məşhurlaşmaq, tanınmaq məqsədi ilə gələnlər qəbul olunmayacaq.

Layihənin baş Sponsoru: Nar Mobile

Layihənin sponsorları: Madeyra, Ideal Parfumery and Cosmetics, Vita1000 Meyvə Şirələri, Çuda Peçka, Pierre Cardin, LIB dil dərsləri, Cogito Reklam Agentliyi, Belia - Youth Marketing, Secret Kitab Dünyası, Shine Xaricdə təhsil, Desperado Musiqi Məktəbi, Verba Trainings.

Rəsmi Tərəfdaşlar isə: YAP Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişafına Yardım” İ.B.

Rəsmi informasiya dəstəyi: Layihənin informasiya dəstəyi www.facemark.az, www.resurs.az, www.inkisafmerkezi.az, www.foxnews.az, www.ibclub.az portallarıdır.
 


Canlı yayım dəstəyi: www.video.az

Bəs bu məclisidə necə iştirak edə bilərik?

“IB Gənclər Məclisi”-ində iştirak üçün yerlər məhdud saydadır.
İştirakçılar YALNIZ “IB Club” üzvləri və xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq.

IB Gənclər Məclisinə iştirakçılar İstək Məktubu əsasında seçiləcək..
IB Gənclər Məclisində İştirak tamamilə ÖDƏNİŞSİZDİR!

Layihədə iştirak etmək istəyənlər istək məktubunu info@ibclub.az ünvanına göndərməlidirlər.

Məclis 06.04.13 tarixində Kempinski oteldə, 525 nəfərlik auditoriyada keçiriləcək.

Məclis bir IB Club məhsuludur.
“IB Club” Azərbaycanın Birinci Gənclər Klubu olan, gənclərin şəxsi inkişafları, bacarıq və biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi üçün bir çox işlər həyata keçirmişdir. Həmçinin də, gənclərin mütəxəssislərlə görüşlərini təşkil etmiş, maraqlı və aktual mövzularda seminar və treninqlər həyata keçirmiş, gəncləri təcrübə keçmələri üçün şərait yaratmışdır.

Gəncliyinizi Yaşadırıq!
www.ibclub.az