Milli futbol komandamızla portuqalların qarşılaşmasını canlı izləyənlərin diqqətindən stadion boyu hərəkət edən Hyundai avtomobilləri yəqin ki, qaçmadı. Çünki stadionda cığır boyu hərəkət edən rəngarəng Hyundai Veloster-ləri azarkeşlər alqışlarla qarşıladılar. VİP girişdəki Hyundai EQUUS isə premium seqment azarkeşlərinin diqqətini çəkdi.
Dünya futbol çempionatlarının çoxillik sponsoru Hyundai, görünür, Azərbaycanda da futbolu milli yığma səviyyəsində dəstəkləməyə maraqlıdır. Xatırlatmaq yerinə düşər ki, bu, Hyundai-ın Azərbaycanda futbola ilk dəstəyi deyil – brend bir neçə ildir ki, Qəbələ Futbol Klubunun sponsorudur.
Qeyd edək ki, dünyanın avtomobil nəhənglərindən olan Hyundai 1999-cu ildən FİFA ilə əməkdaşlıq edir və 2022-ci ilədək bütün FİFA oyunlarının və Dünya Çempionatlarının rəsmi avtomobil sponsorudur.
Azərbaycanda Hyundai brendini Auto Azərbaycan şirkəti təmsil edir. Şirkət Hyundai-dan başqa, Amerikanın Chrysler Group, Fransanın Peugeot və Çinin Geely avtomobillərinin də rəsmi distribüteridir.