"Partizan" sözü ilk olaraq müharibə zamanı ortaya çıxdı. Mənşə olaraq ispancadan gəlməkdədir. İspanların fransız Napalyona qarşı 1807-1814-ci illərdə apardığı müqavimətdə ilk dəfə bu anlayışdan istifadə edildi. Cəbhə, hərbi, cəbhə mübarizəsi mənasını verən "Guerilla" nın zəiflərin silahı olduğunu söyləyə bilərik. Taktiki olaraq da düşmənə "əsgər" kimi görünmədən düşməni ortadan qaldırmaq üçün istifadə edilmişdir. Partizan və ya partizan taktikası ilk olaraq "Azadlıq Savaşcısı - Ernesto "CHE" Guevara" tərəfindən Avropaya tanıdılmışdır. Partizan dezavantajları üstünlüyə çevirən bir quruluşda idi. Düşməni mənəvi çökdürməyi hədəfləyir və onlara bir dəqiqə belə rahatlıq vermədən düşməni hər an döyüş olarcasına hazır tutmağı hədəfləyərdi. Düşmən növbəti hücumun nə zaman haradan gələcəyini əsla təxmin belə edə bilməzdi.
"Partizan Taktikası"nın istifadəsi ilk olaraq 1960-cı illərin ortalarında Amerikada "Maketinq və Reklam" sahəsində müşahidə olunub. Bu illərdə meydana gələn Vyetnam zəbti və oradakı xalqın partizan taktikasını müvəffəqiyyətlə istifadə etməsi marketinq sektoruna da təsir etmişdir. Şirkətlər öz gəlirlərini agressiv siyasətlərlə artırma yoluna da əl atıblar.
"Guearilla Marketing" in məqsədi öz mallarına, xidmətlərinə, təkliflərinə olan marağı ən yüksəyə çıxararkən, bu mübarizə üçün xərclənilən qaynaqları, xərcləri isə ən aşağıya endirməkdir. Partizan Marketinq eyni ilə bir partizan döyüşçüsü kimi diqqəti başqa bir tərəfə çəkməyə çalışar. Bunu edərkən isə tətbiq etdikləri siyasət "dəyişik, çaşdırıcı, orijnal, əyləncəli" olur. Hər şey kiçik bir büdcəylə meydana gəlir.
Partizan Marketinq ilk başlarda yalnız kiçik firmaların böyük firmalarla daha yaxşı mübarizə edə bilməsi üçün istifadə edilmişdir. Bu səbəblə də partizan marketinq fikirinin qabaqcıllarından Jay Conrad Levinson bu yanaşmanın tərifini "gücdən salma" hücumu olaraq verir.
Partizan Marketinqdə əhəmiyyətli olan cəldlikdir. Şirkətlər yayılma sahələrinin, qazanclarının, fəaliyyətlərinin azalmasının qarşısını almaq üçün hər vəziyyətə qarşı eyni ilə bir partizan kimi elastik olmalıdırlar. Qaynaqlarını yeni fürsətlərə sürətli və ən təsirli bir şəkildə istiqamətləndirə bilməlidirlər.
Partizan Marketinqdə şirkətlər marketinq strategiyalarını meydana gətirmək üçün mütləq qiymət siyasətlərinə diqqət yetirmək məcburiyyətindədirlər. Təqdim etdikləri məhsullar, təkliflər çaşdırıcı, aqressiv olmalıdır.
Partizan Marketinq tətbiqlərinin digər əhəmiyyətli tərəfi isə xəbərin ola bildiyincə insana ən təsirli bir şəkildə yayılmasıdır. Bununla yanaşı günümüzdə 1 milyard istifadəçisi olan internet qiymətsiz bir tətbiq sahəsidir. Bloqlar, online maqazin, qəzet, jurnallar ilə, çat və forum səhifələri ilə təsirli bir şəkildə çatdırılmaq istənən mesajın yayılması təmin edilə bilər.
“Guerilla Marketing” içində bəhs edə biləcəyimiz bir alt budaq isə, almanca Moskito Marketing ingiliscə isə Mosquito Marketing olaraq adlandırılan "ağcaqanad marketinq" dir. Buna bəzən “vızıltılı marektinq” də deyirlər.
Bu haqda isə daha sonra…