Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə yeni ödəmə kartları təqdim edir.
Yeni ödəmə kartları 2013-cü ilin mart ayından etibarən təqdim olunacaq və abunəçilər bu kartaları Bakcell-in istənilən satış məntəqəsində əldə edə biləcəklər.. Yeni kartlar vasitəsilə istənilən Bakcell abunəçisi (CİN, KLASS, GOLD) balansını asanlıqla artıra biləcək. Yeni kartlar 1, 2, 5, 10, 20 və 50 AZN nominallarında təqdim olacaq.
Abunəçilər eyni zamanda dövriyyədə olan köhnə balansartırma kartlarından da faydalana biləcəklər.