Ekonomist jurnalının 2013-cü il mart buraxılışında, 20 illik bank fəaliyyətinə malik Amrahbank, gəlirliliyin dinamikliyinə görə lider olmuşdur. Belə ki, 2012-ci ildə Bankın gəlirləri 2011-ci illə müqayisədə 15 dəfə artaraq 2065.7 min manat təşkil etmişdir.
 


Son illərdə bankda həyata keçirilən yeniliklər və layihələrin nəticəsi gələcəyə doğru inamlı addımlarla iralləyən “Amrahbank”ın digər maliyyə göstəricilərində də özünü əks etdirmişdir.
 


Belə ki, 01.01.2013-cü ilin nəticələrinə görə Amrahbank ASC-nin aktivlərinin həcmi 113040.37 min manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 33 % faiz çoxdur.
 


Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 51.9%, artaraq 76616.52 min.manat, o cümlədən istehlak kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48.1% artaraq 47656 min manat təşkil etmişdir.

Hesabat dövründə Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,1% artaraq 72219.3min manat, o cümlədən əhalinin əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artaraq 43926.3min manat təşkil etmişdir.

Eyni zamanda Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% artaraq 25948.84 min manat təşkil etmişdir.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
 


Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
 


Hal-hazırda bankın 19 filiali və 3 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.