Yeni fəaliyyətə başlayan mətbuat xidmət mərkəzində, bir çox dövlət və özəl şirkətlər, təşkilatlar, həmçinin bəzi hallarda fiziki şəxslər haqqında məlumat əldə etmək mümkündür. Bunun üçün 119 nömrəsinə zəng vurmaq kifayətdir. Mərkəz eyni zamanda geniş servis və xidmətlər təqdim edir.
Böyük sərmayə tələb edən müasir texnologiyalar, proqram təminatı və avadanlıq müştəriləri tələb olunan məlumatla tez bir zamanda və keyfiyyətlə təmin etməyə imkan verir. Şirkətin əsas məqsədi müştərilərə müxtəlif xidmətlər göstərmək və dəqiq məlumatlarla təmin etməkdir. Mərkəzin xidmətlərindən aşağıdakıları sadalamaq olar - avtoxidmətlər: taksi sifarişi, ayıq sürücü xidməti, evakuator və s. Bundan əlavə müştərilər bilet və otel sifarişi kimi turistik xidmətlər, hüquqi maarifləndirmə xidməti, restoranda masa və yemək sifarişi, müxtəlif daşımalar, kuryer, mağazadan alış-veriş, güllərin çatdırılması və sair xidmətlərdən də yararlana bilərlər.
119 mətbuat və xidmət mərkəzi Azərbaycan bazarında əksəriyyəti ilk dəfə təqdim olunan innovasiya xidmətləri təklif edir. Mərkəzin xidmətlərindən istifadə etmək üçün həm mobil operatorlardam, həm də Bakı və Abşeron yarımadasından şəhər telefonlarından 119 nömrəsinə, regionlardan isə 012 119 nömrəsinə zəng vurmaq kifayətdir. Daxil olan zənglərin qiyməti 0.47 AZN təşkil edir.