Dünyanın ən böyük korporasiyalarından olan spikerlər onların yerli həmkarları ilə qlobal marketinq sənayesinin problemləri və eləcə də tendesiyalarını bölüşmək üçün dünən Marketing Kingdom Baku tədbirində Four Seasons Hotel-də səhnəyə çıxdılar.
Bir neçə ay boyunca Marketing Kingdom Baku ölkədə ən çox danışılan tədbir idi və dünən bu nüfuzlu konfransda iştirak etməkdə şansı olanlar bunun səbini tapdılar.
P World və Platin Sponsor olaraq Azercell tərəfindən təşkil edilmiş tədbirdə sosial media, istehlakçı marketinqi və reklam kimi marketinq sahəsinin ən önəmli tendensiyaları barədə interaktiv müzakirələr keçirilib. Bütün bu tendensiyalar onların yaradıcıları – LEGO, Yahoo! və SAP kimi super brendlərdən olan qlobal ekspertlər tərəfindən müzakirə olunub.
Marvin Liao, Yahoo!-nun Keçmiş Kommersiya Direktoru bildirib: "Bu Bakıya ilk səfərimdir və mən təcrübəni sevdim. Tamaşaçılar çox inkişaf etmiş və doğru yoldadır. Mən əminəm ki, gələcəkdə Azərbaycan brendləri çox mühüm qlobal rol oynayacaq."
Marketing Kingdom Avropanın ən böyük tədbirlərindən biridir və 2011, 2012-ci illərdə 6 müxtəlif ölkədə keçirilib. Bu ilk dəfədir ki, tədbir Azərbaycanda təşkil olunur və təşkilatçılar əmindilər ki, bu tədbir Azərbaycanı regionun marketinq mərkəzinə çevirəcək.
"Azərbaycan hazırda olmaq üçün yerdir. Bu qədər inkişaf və sürətli artım ilə ölkə regionun trendsetter-i olmaq üçün doğru yoldadır. Təşkilatçılar olaraq, biz, həqiqətən, tədbiri ərsəyə gətirmək prosesindən həzz aldıq və bütün tərəfdaşlarımıza çox minnətdarıq, xüsusən də Azercell və PAŞA Banka. 250 nümayəndənin dünyanın marketinq elitası ilə müzakirələrə qoşulmasını görmək maraqlıdır. Biz Azərbaycanda daha çox beynəlxalq tədbirləri təşkil etmək istərdik və biz əminik ki, bizim kiçik töhvəmiz regionun lideri olmaqda ölkə və yerli biznes sektoruna kömək olacaq.": Kosta Petrov , P World şirkətinin Baş İcraçı Direktoru və tədbirin təşkilatçısı.
Tədbir Azərbaycanın ən nüfuzlu şirkətlərinin sponsorluğu ilə keçirilir:
Ölkənin aparıcı GSM operatoru Azercell Telekom tədbirin Platin Sponsoru, Paşa Bank Qızıl Sponsoru, Peugeot Rəsmi Maşın, VIP Club Concierge və Hesab.az Gümüş Sponsor, və Bruketa & Zinic Baku tövsiyə olunan Reklam Agentliyidir. Tədbirin tərəfdarları və media partnyorları bunlardır: Trend.az, BOUTIQUE Magazine, Facemark.az & Facemark TV, mak.az, Zerkalo, biznesinfo.az, ANS TV, Azərbaycan Marketinq Cəmiyyəti, AIESEC, jobs.day.az, marketer.ge.