6 Aprel tarixində Azərbaycanın Birinci Gənclər Klubu tarixin 4-cü, ilin 1-ci Gənclər Məclisini təşkil etdi. Uğurlu, yenilikçi, öz sahəsində sözünü demiş gənc və gənc ruhlu şəxslərin çıxışları ilə keçiriləcək Gənclər Məclisində 11 spiker çıxış etdi.
4-cü Gənclər Məclisi “IB Gənclər Məclisi - Hisslər” adlanırdı və məqsəd şəxsi inkişafın formalaşmasında hisslərin rolu və hisslərin idarə olunması yollarını 500-ə yaxın gəncin iştirak etdiyi layihədə öyrətmək idi...
IB Gənclər Məclisində aşağıdakı spikerlər öz karyeralarından nümunələrlə gənclər üçün çıxış etdilər:
1. Murad Dadaşov - Şoumen
2. Gülzar Quliyeva - HRM üzrə mütəxəssis
3. Seymur Orucov - YAP Gənclər Birliyinin sədri
4. Samir Novruzlu - “Keyfiyyət və Menecment” jurnalının təsisçisi və Baş redaktoru
5. Murad Seyidov - Gənc biznesmen
6. Hamlet İsaxanlı - Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri
7. Tahir Əmiraslanov - Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru
8. Nigar Arpadarai - Azerfon şirkətinin PR və Korporativ ünsiyyət şöbəsinin rəhbəri
9. Alim Qasımov - Xanəndə
10. Uran - Repçi
11. Kənan Hüseynli - Biznes, Kommunikasiya, Fərdi inkişaf, NLP sahələri üzrə təlimçi.
Məclis, Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və spikerlərin çıxışlarına start verildi. Məclisdə spikerlərin çıxışları ilə bərabər müxtəlif müsabiqələr, video-yazılar nümayiş olundu. 6 Aprel 10:00-dan etibarən Kempinski otelin qapıları məclis iştirakçıları üçün açıldı və məclis şirniyyat süfrəsi ilə birlikdə 17:00-dək davam etdi. Layihənin iştirakçısı olan gənclər layihə sonrası fikirlərini sosial hesablarında böyük kütlələrlə bölüşüblər.
Lahiyənin rəhbəri IB Club-un mətbuat xidmətindən verilən məlumata görə, Gənclər Məclisi qarşısına qoyduğu məqsədlərinə çatmağı bacardı. 525 gəncin iştirak etdiyi tədbirdə, iştirakçıların təəsüratlarına və çıxışlara baxdığımız zaman hər yeni gənclər məclisinin ötən məclisdən daha böyük əks sədaya sahib olduğunun şahidi oluruq. Gənclərin bu növ tədbirlərə böyük maraq göstərməsi çox xoş haldır. IB Club gənclərin inkişafı üçün bu növ layihələrinin keçirilməsinin davamlılığını təşkil etmək üçün çalışır. Onu da bildirmək istəyirik ki, IB Gənclər Məclisi ödənişsizdir və ödənişsiz olaraq da qalacaqdır.
Təşkilatçılığını gənclərdən ibarət 25 nəfərlik komandanın üstləndiyi IB Gənclər Məclisi layihəsinin təşkil olunmasında müxtəlif brendlər iştirak etdilər.
IB Gənclər Məclisinin baş sponsoru Nar Mobile, sponsorlar Madeyra, Ideal Parfumery and Cosmetics, Vitamin Meyvə Şirələri, Çuda Peçka, Pierre Cardin, LIB dil dərsləri, Cogito reklam agentliyi, Belia - Youth Marketing, Secret Kitab Dünyası, Shine Xaricdə təhsil, Desperado Musiqi Məktəbi, Verba Trainings şirkəti oldu.
Layihənin informasiya dəstəyi www.resurs.az, www.inkisafmerkezi.az, www.facemark.az, www.azxeber.com, www.foxnews.az, www.ibclub.az portallarıdır.
Canlı yayım dəstəyi: www.video.az
525 gəncin iştirak etdiyi IB Gənclər Məclisi sonrası bəzi təəsüratları sizə təqdim edirik:
Fəridə Bağırova: "Bugün doğurdanda super keçdi. Ən bəyəndiyim çıxış Murad Dadaşovla, Murad Seyidovun çıxışı oldu. Ötən məclisdə Çilənay xanım məni kövrəltmişdi bu məclisdə isə Murad bəy. IB Club – uğurların həmişə bol olsun, yaxşı ki varsan."
Zümrüd Əsədova: "Çoxdandı bu qədər gülməmişdim. Və yüksək əhval ruhiyyədə olaraq xeyirli məlumatları dinlədim. Bəzən təsirləndim, düşündüm, bəzi şeyləri aydınlaşdırdım... Əla gün idi , Əla məclis idi :) Təşəkkürlər IB Club."
Anjelika Səfərəliyeva: "Bugün mənim üçün ödəmli, çox uzun bir gün oldu. Doğrusu sözlə ifadə edə bilməyəcək qədər yorğunam. Hər kəsə - iştirakçılara, təşkilatçı komandaya, bu tədbirin baş tutmasına səbəb olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Fərqli fikirlər söylənildi, fərqli simalar çıxış etdi, fərqli duyğulan yaşandı. Bunların hamısı 1 gün ərzində baş tutsa da, sanki bir ömür yaşandı. Düzü demək olar ki, heçnə yadımda qalmayıb, tək 1 sözdən başqa. “Almaz” çıxışı. Təsirləndiyim çıxış ilə, URAN-ın çıxışı oldu."
İlahə Əkbərova: "İlk məclisim idi. Müsbətləri deyim, mənfilər alqışdan hiss olunurdu məncə ;).. Ən çox Alim Qasımovun çıxışını bəyəndim, çıxışda səmimilik var idi. Daha sonra Murad Dadaşov və Tahir Əmiraslanov. Video çarx super idi. Bir də Murad Seyidov sözün əsl mənasında hissləri ifadə etdi, bəlkə də çoxlarının cəsarət edib, auditoriya qarşısında deməyəcəyi hissləri. Məclis super idi, mənə belə hiss aşılayıb ki, İlahə qalx, get, şəhər yarat.. Çox sağol IB Club.. Əziyyət çəkən hər kəs çox sağolsun. Bilmək olmaz, bəlkə bir gün mən də məclisdə çıxış etdim."