Məhşur italyan dəb ustası, “Beautick” brendinin təsisçisi və yaradıcı direktoru Beppe D-Eliya aprel ayında Bakıya gəlir. O, Qafqazda ən böyük gözəllik salonu şəbəkəsi olan “Nail Spa”-nın xüsusi qonağıdır. Bakıda olduğu müddətdə B. D-Eliya “Nail Spa” gözəllik salonunda məhdud sayda müştəri qəbul edərək, onlara dəbli görünüş edəcək.
Beppe D-Eliya 16 yaşından Gianni Versace, Valentino, Giorgio Armani, Gianfranco Ferre, Roberto Cavalli və başqa məhşur moda evlərinin səhnə arxasında işləyib. B. D-Eliya doğma vətəni İtaliyadan kənarda da öz ustalığı sahəsində məhşurluq qazanıb.
Məhşur italyan ustası həmçinin Şeron Stoun, Qvinet Peltrou, Eva Xersiqova, Linda Evangilista kimi məhşur modellərin dəb ustası olub.
Beppe D-Eliyanın qəbuluna Nail Spa Park Hyatt Hotel-in +994 12 4976310 nömrəsinə zəng vurmaqla yazıla bilərsiniz.