...və ya HƏMİŞƏ GƏZMƏKDƏ!
Maxmedia Kreativ Agentliyi uşaq əyləncə məkanı üçün ad yaradarkən məhz bu versiyanın üzərində dayandı. Böyüklərin icad etdikləri və uşaqların dilinə yatsın deyə, OPPALAR adlandırdığı xəyali uşaq əyləncə dünyasına gerçək ünvan tapdı: Baku Outlet Park Ticarət Mərkəzi, Bakı Beynəlxalq Avtovağzalının 2-ci mərtəbəsi. OPPALAR, Baku Outlet Park ticarət mərkəzinə gələnlərin asudə vaxtlarını xoş keçirmələri üçün unikal bir məkandır. Elə sloqan da yerinə düşdü: HƏMİŞƏ GƏZMƏKDƏ!
OPPALAR üçün loqotip və ticarət nişanından istifadə qaydaları da hazırlandı. OPPALAR sözünün yazılışındakı oynaqlıq mərkəzin oyun, əyləncə, dinamika ilə bağlılığını göstərir. Buludlar, göy qurşağı və şarlar – bütün bunlar, uşaq oyunlarına işarə edən elementlər kimi, ilk baxışdanca istehlakçı şüurunda oyun, əyləncə, asudəlik təəssüratı yaradır.
Bir sözlə, böyüklər bir yana, əsas odur, balacalar bəyənsin!