Gücə güvənmək və bununla yanaşı möhtəşəm üstünlüklərdən faydalanmaq, həm də insanları cəlb etməyi bacarmaq hər kəsin istəyidir. Bütün sadalananları özündə birləşdirən SRX-in məhz bu  – “Gücə ehtirasla bağlan” sloqanı ilə təqdim edilməsi də təsadüf deyil. Bu sloqan SRX-ə tam olaraq uyğundur. Belə ki, SRX özündə cazibədarlığı və gücü mükəmməl şəkildə birləşdirir.


 


SRX xüsusi xarakterə malik lüks krossoverdir.  SRX Cadillacın ən fərqli və seçilən modellərindən biridir. Onun xüsusiyyətləri birbaşa olaraq inkişafı göstərir. Cəsur xarici dizaynı ilə Cadillac SRX həyəcanlandırmağı və insanları özünə cəlb etməyi bacarır.



 


GM Baku Center SRX üçün çəkilmiş bu reklamda SRX-in bütün əsas üstünlüklərini alıcılara çatdırmaqla yanaşı onun güclü və lüks bir avtomobil olması mesajını da ötürməyə bacarıb. Bundan əlavə Escalade və SRX modellərinin reklam filmlərinin ard-arda yayımlanması da Cadillac markası ilə alıcıları kifayət qədər yaxınlaşdıra bildi.


 


Reklam çarxı Genna Baku agentliyi tərəfindən hazırlanıb.


 


 


Kreativ direktor: Hakan Kaynak


Strateji planlama direktor: Yunus Baran


Art direktor: Elnur Babayev


Jr. art direktor: Rəşad Baxışov


Kopirayter: İlham Əkbərli


Müştəri təmsilçisi: Araz Səlimov 


Prodakşn: Cinealliance


General producer: Əliağa Məmmədov


Rejissor və operator: Aleks Lamax


Rejissor yardımçısı: Anastasiya Nikolayeva


Texniki rejissor: Hüseyn Hüseynov


Layihə koordinatoru: Seymur Məmmədov


Səs tərtibatçısı: Azad Vəliyev