Aprelin 12, 13 və 14-ü İDEAL parfümeriya dükanları şəbəkəsindən hər 50 AZN-lik alış-veriş edən kart sahibləri 10 AZN-lik hədiyyə kuponu qazanacaqlar. 100 AZN-lik alış-veriş ALBALI kart sahibinə 20 manatlıq, 150 AZN-lik məhsul almaq isə 30 manatlıq “İdeal hədiyyə kuponu” hədiyyə qazandıracaq. Aksiyanın davam etdiyi 3 gün ərzində 50 AZN-dən yuxarı edilən hər alış-veriş üçün, Unibankdan əlavə 2 aylıq taksit imkanı verilir. Əgər ALBALI kartla alınan məhsulun qiyməti mövcud şərtlərlə 6 aya ödənilirsə, bu aksiya çərçivəsində kart sahibləri ödənişi 8 ay müddətinə apara biləcəklər.
Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 500-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibankın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.
Müştərilər ALBALI kartı Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.
“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.