NETTY2013-ün Azərbaycanın 9-cu Milli internet mükafatının keçirilməsi başlanmışdır. Müsabiqənin rəsmi startı 3 apreldə baş verdi. Mükafatın namizədlərinə iştirak üçün www.netty.az saytında qeydiyyatdan keçmək mütləqdir.
NETTY 2013-ün keçirilmə şərtlərinə müvafiq olaraq saytların, layihələrin müsabiqə iştirakçılarının qeydiyyatına ərizələrin qəbulu 2013-cü ilin 3 apreldən cari ilin 31 mayına qədər davam edir. 1 iyundan 11 iyunadək NETTY2013 nominantlarının müəyyən edilməsi üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilir. 12 iyunda, Ekspert şurasının və Virtual münsiflər heyətinin (şura hər nominasiyada üç nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantların yekunlaşdırılmış seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın tək qalibini müəyyən edir. Göstərilən dövr çərçivəsində həmçinin yarışdan kənar hörmətli və həvəsləndirici nominasiyalar üzrə Akademiyanın səsverməsi keçirilir. NETTY2013 nominasiyalarının finalçıları rəsmən təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı qaliblərə təntənəli surətdə verilir - NETTY heykəlciyi. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.
NETTY çərçivəsində 2013-cü ildə yeni həvəsləndirici nominasiya "Mobil qurğular üçün Ən yaxşı proqramlar" çıxdı. Nominasiya çərçivəsində iOS, WindowsPhone, Android mobil sistemləri əsasında Azərbaycanda yaradılmış ən məşhur və tələbatlı proqramlar müəyyən ediləcəklər.
Xatırladaq ki, müsabiqənin iştirakçısı və ya virtual münsiflər heyətinin üzvü müsabiqənin qaydaları ilə ziddiyyətlərə və mükafatın təşkilat komitəsi tərəfindən bəyənilmiş www.netty.az saytının ziyarətçisi ola biləcək. Müsabiqəsinin ekspert qrupu şəxsi dəvətlər əsasında müsabiqənin təşkilat komitəsi tərəfindən formalaşdırılır. Mövcud nominasiyalardan hər birində mükafatın qalibini NETTY mükafatı Akademiyası müəyyən edir. Bu il də, həmçinin, Akademiya tərəfindən ənənəvi hörmətli mükafatlar "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisələri" kateqoriyasında mükafat veriləcək.
NETTY2013 nominasiyalarının finalçıları rəsmən bütün nominantların iştirakı ilə mükafatlandırmanın təntənəli mərasimində elan ediləcək. Müsabiqənin əsas mükafatı qaliblərə təntənəli surətdə verilir - NETTY heykəlciyi.
Bu il də, əvvəllər olduğu kimi, müsabiqə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir .
Müsabiqənin baş partnyorları ilə birgə MobiTel və Huawei şirkətləri çıxış edirlər.
Telekommunikasiya operatoru ULTEL, BakuTel sərgisi, Nurlar şirkəti, kabel operatoru KTV1-i, Ali&Nino kitab mağazaları şəbəkəsi, JIS studiyası, Happyland şirkəti müsabiqənin rəsmi Partnyorudur, Kompaniya SAZZ mükafatın texniki partnyorudur.
GoldenPay sistemi "Elektron ticarət" nominasiyasının partnyorudur. ExtraWeb studiyası " Servis-saytlar " nominasiyasının partnyorudur. Hüquqi dəstək “De Jure” hüquq firması tərəfindən həyata keçirilir.
Tədbirə İnformasiya dəstəyini Biznesinfo.az, Disput.az, Infocity.az, Navigator.az, Azərbaycan Xəbərləri göstərir.
NETTY-in milli İnternet-mükafatı - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır. Ən yaxşı Azərbaycan veb-layihələrini, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edən və mükafatlandıran Mükafat öz mövcudluğu illəri ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirin reputasiyasını əldə etdi. İştiraka dəvət edirik.
Mükafatla əməkdaşlıq məsələləri üzrə info@netty.az poçt ünvanına müraciət edin.
Qeyd etmək istəyirik ki, Facemark.az saytı olaraq NETTY2013 müsabiqəsində iştirak edirik.