ASC Xalq Bank-ı kommunal ödənişləri www.xalqbank.az saytı vasitəsilə onlayn həyata keçirən müştərilər üçün uduşlu lotereyaya start verib.
Adıçəkilən saytda kommunal, rabitə, kabel televiziya, mobil operator və internet provayderlərin xidmətlərini ödəyən istifadəçilər lotereyada oynanılan qiymətli hədiyyələrə sahib ola bilərlər. Lotereyada iPad mini, Samsung Galaxy SIII mini, məhşur restoranların birində 2 nəfərlik şam yeməyi və yüzlərlə digər hədiyyələr öz sahibini tapacaq.
30 iyunadək davam edəcək lotereyanın uduşu iyul ayının 6-da keçiriləcək. Lotereya çərçivəsində həftəlik və aylıq uduşlu həvəsləndirici aksiyalar təşkil ediləcək. Qiymətli hədiyyələr qazanmaq üçün kommunal ödənişləri www.xalqbank.az saytında ödəmək, bonuslar toplamaq və bu bonusları lotereyada iştirak edəcək biletlərə dəyişmək kifayətdir.