“AtaBank” ASC-nin 2013-cü ilin mart ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olmuşdur. Belə ki, 2012-ci ilin mart ayı ilə müqayisədə aktivlər  31.1% və ya 70.6 mln manat artaraq 297.8 mln. manat olmuşdur. 


 


Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 28.9% və ya 44.7 mln. manat artaraq, 199.2 mln. manat təşkil etmişdir.


 


Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici  62.4 mln. manat artaraq, 252.3 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2012-ci ilin mart ayında bu göstərici 190,5 mln. manat təşkil etmişdir.   


 


2012-ci ilin mart ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9% və ya 2.9 mln. manat artaraq 27.9 mln. manat olmuşdur. 


 


Mart ayının sonuna bankın mənfəəti 1.03 mln manat təşkil etmişdir. 


 


1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. 


 


Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya  www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.