Jeyhun Imanov Studio Azərbaycanın aparıcı banklarından biri olan Bank of Baku-un 2011-ci ilin uğurunu təkrar etmək və 500-dən artıq brendin məhsul və xidmətlərini almağa imkanverən faizsiz Bolkart kredit kartına ikinci nəfəs vermək iddiasındadır.


 


JIS agentliyi 2011-ci ildə Bolkart adlı brend yaratdı, lakin hal hazırda onların qarşısında bu brendi yenidən canlandırmaq məqsədi dururdu.


 


JIS hədəf istehlakçılar arasında aparılan araşdırmalar əsasında istifadəçilərin Bolkartla alış-veriş edilə biləcək brendlərin sayının daha çox olmasının arzusunda olduqlarını müəyyən etmişdir. Buna əsasən agentlik “Sevdiyin brendlər Bolkartla” adlı yeni kommunikasiya strategiyasını təqdim etmək qərarına gəldi. 


 


Bu ideyanı müxtəlif informasiya vasitələri ilə həyata keçirdi. Buraya şəhərdəki reklam lövhələri, nəqliyyatda reklam, kinoteatrlarda video reklam, ən çox ziyarət edilən internet səhifələrindəki reklam sahələri, radio və televiziyada reklam blokları və sosial şəbəkələr də aiddir.