Brandmarker 2013 üçün ərizə qəbulu başladı!
Boğaziçi Universiteti Menecment və İqtisadiyyat Klubu 15 ildi ki, Brandmarker Beynəlxalq Marketinq Tələbə Konfransını təşkil edir. Bu il iyun ayının üçüncü həftəsində 16-cı Brandmarker tədbiri keçiriləcək. Boğaziçi Universiteti Menecement və İqtisadiyyat Klubu bu ilki Brandmarkerdə “Summertime Marketing!” sloqanı ilə marketinq dünyasının qapılarını üzünüzə açacaqdır.
Hər il olduğu kimi bu il də dünyanın dörd bir tərəfindən marketinqə maraq duyan Boğaziçi Univeristetinin Cənub Kampında toplanır. Brandmarker iştirakçılarına ilin seçilmiş mövzusuna səyahət etməklə təcrübə qazanmağa imkan yaradır. Müəyyən olunmuş mövzu haqqında bütün dünyada tanınmış iş adamları və akademiklər mühazirələr oxuyacaqlar, eləcə də mövzuya aid maraqlı hadisələr və təcrübə haqqında danışacaqlar. Bundan başqa, Brandmarker həftəsi ərzində iştirakçıların şəhərin maraqlı yerləri ilə tanış olmaq şansı olacaq.
Qeydiyyatdan indi keçənlər üçün iştirak haqqı yalnız 120$ - 200TL təşkil edir. İştirak haqqı şəxsi və yol xərcləri (sizin İstanbula səyahət və geri dönmək) istisna olmaqla bütün xidmətləri (bütün mühazirələr, partilərə giriş, qayıq turu, yaşayış, yemək, şəhər turu, mədəniyyətlərarası gecə və s.) əhatə edir.
Marketinq sahəsinin professionalları ilə ğörüş imkanını əldən buraxma!
Ən əsası spikerlərlə fikir mübadiləsi apar!
Bir həftəni İstanbulda keçirt!
Dünyanın dörd bir tərəfindən gələn tələbələr ilə ğörüş!
16-22 iyin tarixlərində gəlin və bütün bunların canlı şahidi olun!
Bu qarşısıalınmaz Beynəlxalq Marketinq Tələbə Konfransını qaçırmayın!
Qeyd etmək istəyirik ki, Facemark saytı 2011-ci ildən Boğaziçi universiteti İqtisadiyyat və Menecment klubunun hər il təşkil etdiyi beynəlxalq marketinq konqresinin Azərbaycan üzrə yeganə rəsmi partnyorudur. 2012-ci ildən etibarən isə Azərbaycanlı tələbələr Brandmarker konqresində Facemark vasitəsilə iştirak edir.
Detallı məlumat və müraciət üçün: www.brandmarker.boun.edu.tr.
Sosial mediada bizi izləyin: http://www.facebook.com/Brandmarker; http://twitter.com/BRANDMARKER2013.