Prosper Digital agentliyi Azərbaycan bazarı üçün unikal SMM xidmətlər paketini (social media marketing) istifadəyə verib. Bu paket özündə brendin öz müştərisi ilə, hətta sıfırdan başlayaraq tam qiymətli kommunikasiya qurması üçün bütün zəruri funksiyaları ehtiva edir.


 


Layihə aşağıdakı mərhələlərlə həyata keçirilir:


- Hədəf qrupunun təhlili (hədəf qrupunun maraqları siyahısının tərtibi).


- İlkin məzmunun hazırlanması (mövzu və rubrikaların işlənib hazırlanması, ilkin nəşrlərin tərtibi).


- Qaydaların hazırlanması (ümumi ünsiyyət və informasiyanın çatdırılması tərzi, nəşr vaxtı, səhifədəki videonun və foto-materialların keyfiyyətinə texniki tələblər, kopirayt qaydaları).


- Qrupun yaradılması (adın və üslubun işlənib hazırlanması, qrupa unikal keçidin verilməsi, səhifənin üz qabığının və işarəsinin yaradılması, məhsul barədə məlumatların yerləşdirilməsi, unikal əlavə funksiyaların yaradılması).


- Mövzu və rubrikaların aparılması (nəşrlərin həftəlik təqviminin işlənib hazırlanması, hesabatların hazırlanması, informasiyaların gündəlik yerləşdirilməsi).


- Sosial şəbəkədəki səhifənin moderasiyası (moderasiya qaydalarının işlənib hazırlanması, nəşrlərin moderasiyası).


- Brendin pərəstişkar sayının artırılması (reklam kampaniyalarının keçirilməsi, mikro-marketinq materiallarının hazırlanması və yenilənməsi, səhifəyə istifadəçilərin cəlb olunmasına dair hesabatın hazırlanması).


- İstifadəçilərin cəlb olunmasının artırılması (müsabiqələrin hazırlanması və keçirilməsi).


 


Səhifənin inzibatçısı daim istifadəçilərlə əlaqədə olacaq və operativ surətdə verilən sualları cavablandıracaq. Bütün bunlar gündəlik informasiya dəstəyi, aylıq müsabiqələr və hədiyyələrin oynanılması ilə birlikdə istehlakçıların brendə qarşı loyallığını artırmağa və yüksək səviyyədə saxlamağa kömək edəcək.