Procter&Gamble şirkəti yeni, ekstra qatlı Pampers Active Baby bezlərinin tanıtımı məqsədilə kampaniyaya start verib. Pampers bezlərindən istifadə edərək, gecələrini quru keçirən, səhərlərini isə şən qarşılayan uşaqlar “Megafun” Əyləncə Mərkəzində quraşdırılmış “Hop-Hop” zonasına dəvət olunur.


 


“Hop-Hop”-da pulsuz hoppanıb-düşən, o ki var şənlənən uşaqlar həm də yarışırlar. Ən çox hoppanan uşaqlar “Gümrahların Gümrahı” nominasiyasına layiq görülür, diplom və hədiyyələr qazanırlar.


 


Aprelin 28-dək davam edəcək kampaniyaya olan ziyarətçi axını aksiyanın uğurlu olduğunu göstərir. Yeri gəlmişkən, kampaniya Procter & Gamble şirkətinin sifarişi ilə Maxmedia Kreativ Agentliyi tərəfindən icra olunur.


 



Sözügedən aksiyanın ilk əvvəl konsepsiyasını hazırlamış agentlik sonradan oyuna, nominasiyalara ad verdi, oyun stendinin, ümumilikdə, bütün zonanın tərtibatını işləyib hazırladı.