Müştərilərin bank məhsul və xidmətlərindən daha çevik və rahat yararlanmasını təmin etmək üçün “Bank of Baku” İphone application xidmətini işə salıb. Bundan belə, İphone smartfonlarının sahibləri “Bank of Baku”-nun təqdim etdiyi məhsul və xidmətlər ilə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.
“Bank of Baku” İphone application xidməti sayəsində onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq. İphone application ilə müştərilər valyuta məzənnəsi, kredit və əmənət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının dəqiq ünvanı və xəritəsi ilə rahat şəkildə tanış ola biləcək. İphone əlavəsi ilə istifadəçilər kreditin onlayn ödənişini və sifarişini edə bilərlər. Bundan savayı, istifadəçilər İphone application ilə “Bank of Baku”-nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən agah olacaqlar.
Yaxın zamanlarda İphone əlavənin İpad və Android sistemlərində də istifadəyə verilməsi nəzərdə tutulur.
İphone application xidməti sayəsində müştərilər “Bank of Baku” ilə daha rahat və çevik əlaqə saxlaya biləcək.
İphone application xidməti barədə ətraflı məlumatı bank saytından əldə etmək olar: http://www.bankofbaku.com/ru/online-banking/iphone-app.html