Marketinq xidmətləri sahəsində "Silver Mercury" mükafatının Təşkilat Komitəsi müsabiqə proqramının iştirakçılarının istəklərini nəzərə alaraq layihələrin qəbulunu təxminən bir həftə - 24 aprelədək uzatdı.



Ənənəvi olaraq, layihələrin qiymətləndirilməsi iki mərhələdə keçiriləcək. 5 heyətdən ibarət olan münsiflər əvvəlcə 6-22 may tarixlərində müsabiqə işlərini onlayn qiymətləndirəcəklər. Daha sonra isə, 4 gün ərzində "Fitil" kino klubunda finalçıların layihələrinin ictimai müdafiəsi baş tutacaq. Qaliblərin adları baharın son günü - 31 may - ICON Hall konsert salonunda baş tutacaq mükafatlandırılma mərasimində elan olunacaq.



Eyni zamanda "Silver Mercury" mükafatının qaliblərinə “TheGlobesAwards” müsabiqəsinə layihələrini təqdim etməyə imkan yaradılacaq.



Müsabiqə ilə bağlı suallarınızı Mixail Subbotin-ə (mike@silvermercury.ru) ünvanlaya bilərsiniz.



Daha ətraflı məlumatı www.silvermercury.ru saytına daxil olaraq əldə edə bilərsiniz.



Konkurs proqramında iştirak üçün layihələri http://www.silvermercury.ru/index.php?code=project təqdim etmək mümkündür.



Qeyd etmək istərdik ki, Facemark.az "Silver Mercury" tədbirinin də media partnyoru seçildi.