Google "22 Aprel Yer Günü"-nə xüsusi logo hazırladı. Google ana səhifəsindəki doodle olaraq adlandırılan logoda gecə və gündüz animasiyası nümayiş olunur.


 


"22 Aprel Yer Günü", San Franciscoda 1969-cu ildə təşkil olunan UNESCO Dünya Konfransında John McConnell tərəfindən dünya yaşamını və gözəlliyini qeyd edərək, qarşı-qarşıya qaldığı ekoloji təhlükələrə diqqəti çəkmək məqsədiylə bir xüsusi gün keçirilməsi fikrini ortaya qoydu.


 


Doodle-nun əsas məqsədi dünya ölkələri üçün əhəmiyyətli gün və tətillərə, mədəni hadisələrə və tarixə düşən əhəmiyyətli şəxslərə yer ayıraraq onlara diqqəti çəkməkdir.


 


22 aprel 2007-ci ildən Google-da “Yer Günü” münasibətilə yerləşdirilən doodle ilk “ekoloji” Google doodles sayıldı.