“Bank of Baku”-nun əmanət portfeli keçən ilin eyni dövrü ilə müqayisədə 50 % artıb. Əmanətlərin cəlbində 50%-lik artım əmanətçilərə təklif edilən müxtəlif əlverişli əmanət proqramları sayəsində mümkün olub. Bankın əmanət portfeli isə artıq 300 milyon manatı aşıb. Belə bir dinamik artım Azərbaycanın istehlak kreditləri bazarında aparıcı maliyyə təsisatlarında olan “Bank of Baku”-nun əhali əmanətlərinin cəlb edilməsi sahəsində də əsaslı nailiyyət əldə etdiyini nümayiş etdirir.


 


Yaxın zamanlarda isə “Bank of Baku”-nun əmanətlərin cəlb edilməsində daha böyük uğur əldə edəcəyini ehtimal etmək üçün əsas yaranıb. Belə ki, ötən ay “Bank of Baku” Azərbaycanda ilk dəfə əmanətçilər üçün “Əmanət klubu”-nu təsis edib.  “Əmanət klubu”-na daxil olan hər bir əmanətçi müxtəlif  bonus faizlər, güzəştli şərtlərlə kredit, pulsuz SMS bankçılıq, internet bankçılıq və digər imtiyazlı xidmətlər əldə edir. Bu kluba əmanət tarixçəsi azı 12 ay olan hər bir əmanətçi və ya 12 aylıq əmanət hesabı açan yeni müştərilər (12 aylıq müddət tamam olan kimi) üzv ola bilər.


 


“Əmanət Klubu”-na daxil olmaq və bankda əmanət hesabı açmaq üçün hal hazırda çoxlu sayda müştəri “Bank of Baku”-nun filiallarına üz tutur. Əmanət hesabı açmaq müştərilər arasında bankın ən populyar məhsullarından biridir.


 


“Əmanət Klubu” barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.