Jumeirah Bilgah Beach Hotel-də hər il təşkil olunan iqtisadiyyat və biznes sahəsində “UĞUR” Milli Mükafatının növbəti, sayca 13-cü təqdimetmə mərasimi keçirilib. 2012-ci ilin nəticələrinə görə, 32 yerli və xarici şirkət mükafatın laureatı elan ediliblər. Müxtəlif nominasiyalarda milli iqtisadiyyat və biznesin möhkəmləndirilməsi və inkişafında əhəmiyyətli rol oynamış şirkətlər mükafata layiq görülüb.
Xatırladaq ki, "UĞUR” Milli Mükafatı “Consulting&Business” jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. Cari ildə nüfuzlu mükafatın həmtəşkilatçıları Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) olublar.
Təqdimetmə mərasimində çıxış edən təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd edib ki, “Uğur” Milli Mükafatının əsas məqsədi özündə yüksək effektivliyi, sabit inkişaf və sosial məsuliyyəti ehtiva edən şirkətlərin nailiyyətlərini vurğulamaqdır. «Mükafatın laureatları - ictimaiyyətdə nüfuz və etimad qazanmış şirkətlərdir. Uzun illər ərzində uğurlu fəaliyyətləri ilə onlar öz sahələrində lider olduqlarını sübut ediblər. Biz onların uğur və nailiyyətlərini öz qələbəmiz kimi qiymətləndiririk», - deyə İ.Baharov bildirib.
2012-ci il “Uğur” Milli Mükafatının laureatlarının siyahısı:
Azvirt |
Beynəlxalq nüfuz |
Azpetrol |
Sahənin lideri. Yanacaqdoldurma məntəqələri şəbəkəsi |
Bank Technique |
Dinamik inkişaf edən bank |
AtaSığorta |
Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə |
Finca Azerbaijan |
Mikro-maliyyələşdirmə xidmətlərinin göstərilməsində əldə olunannailiyyətlərə görə |
İrşad Elektonics |
Elektronika mağazaları şəbəkəsinin yaradılmasında əldə olunannailiyyətlərə görə |
Tutto Bello |
Keyfiyyət nişanı. Parket, qapı, mebel, taxta məmulatları və dekorativbitkilər |
Gəncə Şərab 2 |
Şərabçılığın inkişafına verdiyi töhfəyə görə |
Qaradağ Metal Konstruksiya zavodu |
Sənaye inşaatına verdiyi xüsusi töhfəyə görə |
Baltika Baku |
Pivə istehsalında yüksək keyfiyyət standartlarının tətbiqinə verdiyitöhfəyə görə |
Mətanət A |
İlin uğurla inkişaf edən boya brendi – ROKOL |
Performance Center |
İlin avtomobil dileri |
Avromed |
Əczaçılığın inkişafına verdiyi töhfəyə görə |
Atlant |
Turizmin inkişafına verdiyi töhfəyə görə |
İdeal |
Populyar dünya brendlərinin Azərbaycanda təmsilçiliyində əldəolunan nailiyyətlərə görə |
Çelsi Kapital |
Broker xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərəgörə |
Pal Süd |
Süd emalı sənayesində əldə olunan nailiyyətlərə görə |
Qarabağ Taxıl |
Ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəyə görə |
Caspian Pipe Coatings |
Sualtı və yerüstü magistral boru xətlərinin korroziyaya qarşı vəbetonla örtüklənməsində əldə olunan nailiyyətlərə görə |
Grant Thornton |
Korporativ sosial məsuliyyət sahəsində əldə olunan nailiyyətlərəgörə |
Bakı Taksi |
Nəqliyyat xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərəgörə |
Azinterpartlayış - X |
Dağ-mədən sənayesinin inkişafına verdiyi töhfəyə görə |
Qarabağ Aqrar-sənaye kompleksi |
Müasir fermer təsərrüfatının yaradılmasında əldə olunan nailiyyətlərə görə |
AQP İnşaat |
İnşaat sektorunda əldə olunan nailiyyətlərə görə |
Qarabağ Broyler |
Quşçuluğun inkişafına verdiyi töhfəyə görə |
Azad Azərbaycan |
Sahənin lideri. Televiziya şirkəti |
Day.Az Media Şirkəti |
Sahənin lideri. İnternet şirkəti |
Media FM |
Sahənin lideri. Radio şirkəti |
Günay Malikqızı |
İlin PR meneceri |
Evrostar |
Klininq xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərəgörə |
Luxury Pearl |
Keyfiyyət nişanı. Zinət əşyaları |
Germaine de Capuccini |
Estetik tibbdə müasir xidmət standartlarının tətbiqinə verdiyi töhfəyə görə |