Müştəri xidmətlərinin keyfiyyətinin və əlverişliyinin artırılması üçün “FINCA Azerbaijan”-ın qiymət və müştəri xidmətləri strategiyalarındakı dəyişiklik və inkişaflar davam edir. Növbəti dəyişiklik isə kiçik və orta sahibkarlıq krediti üzrə faiz dərəcələrinin aşağı salınması oldu. İndi “FINCA Azerbaijan”ın ölkə üzrə 60-dan çox filial və sub-ofislərinə müraciət edən müştərilər 20,000 ABŞ dollarından 100,000 ABŞ dollarına qədər krediti məbləğindən asılı olaraq 21%-dən başlayan faizlərlə daha sərfəli şərtlər və daha qısa müddət ərzində əldə edə biləcəklər.


 


Xatırlatmaq istərdik ki, “FINCA Azerbaijan” 2012-ci ilin fevral və iyul aylarında da bütün növ kredit məhsulları üzrə faiz dərəcələrini aşağı salmışdı.


 


Ətraflı məlumat əldə etmək üçün *2525 məlumat mərkəzinə müraciət etmək olar.


 


Qiymətlərdəki bu davamlı endirimlər və müştəri xidmətlərinə verilən yüksək əhəmiyyətə görə “FINCA Azerbaijan” ötən illərdə müştəri məmnunluğunu xeyli artırmağa və kiçik və orta sahibkarların maliyyə dəstəyi üçün seçdiyi əsas qurumlardan birinə çevrilməyə nail olumuşdur. Bu uğurlarının nəticəsi kimi “FINCA Azerbaijan” “Uğur 2012”“Nümunəvi Müştəri Şikayətlərinin İdarə Edilməsi Mexanizminə Malik Olan Təşkilat” mükafatlarına layiq görülmüşdür.