Gənc hüquqşünasların və hüquq fakültəsi tələbələrinin nəzərinə!



 


"Vəkil Bürosu" MMC gənc hüquqşünasların hüquqi biliklərinin və peşəkar bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.


 


"Vəkil Bürosu" MMC gənc hüquqşünasların coxsaylı müraciətlərini nəzərə alıb, 2013-cü il may ayının 4-dən etibarən Mülki Məcəllənin tədrisinə dair 3 aylıq kurs təşkil edir. Dərslər hər həftənin şənbə günü çay fasiəsi də daxil olmaqla saat 14.00-dan 17.00-dək davam edəcək. Aylıq ödəniş 150 (yüz əlli) manat müəyyən edilmişdir.


 


Kursu uğurla bitirənlərə sertifikat veriləcək. Tədris aşağıdakı ünvanda keçiriləcək:


Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93, 4-cü mərtəbə, 2-ci otaq ( Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yxınlığındakı "Azəraqrartikinti"-nin binası)


 


Ekspert, uzun müddət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Sumqayıt Şəhər icra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışmış, hazırda müstəqil vəkillik fəaliyyəti ilə məşğul olan, "Vəkil Bürosu" MMC-nin direktoru, xanım Arzu  Alıyevadır.


 


Yerlər məhduddur, iştirak etmək istəyənlər mayın 2-dək aşağıdakı e-mail poçtu və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlayıb, qeydiyyata düşə bilərlər.


 


E-mail: aliyevaarzu@gmail.com Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


Tel: (055) 694-23-12


İş tel: (012) 408-92-96