6 Azercell abunəçisi isə mayın 18-də Azərbaycanı Malmödə canlı dəstəkləmək şansı əldə edəcək.
 
Ötən il Azercell-in baş sponsorluğu ilə keçirilmiş Eurovision Mahnı Müsabiqəsi bu il İsveçin Malmö şəhərində təşkil ediləcək. Bu ilki müsabiqənin baş sponsoru isə Azercell-in də daxil olduğu TeliaSonera şirkətlər qrupudur.
 
TeliaSonera-nın dəstəyi ilə müsabiqənin 100 milyondan çox tamaşaçısı dünyanın 40-dan çox ölkəsindən yarışmanı internet və media platformaları üzərindən də izləyə biləcək. TeliaSonera bir neçə il bundan öncə də İsveçdə keçirilən yarışmada yaxından iştirak etmişdi. Bu dəfə isə şirkət irəliyə doğru növbəti addım ataraq 100 milyonlarla insanı öz qabaqcıl texniki həlləri vasitəsilə bir-birinə daha yaxın etmək niyyətində olduğunu bildirib.
 
TeliaSonera ailəsinin üzvlərindən biri olan Azercell isə bu il də Eurovision-dan kənarda qalmır. Belə ki, mahnı yarışması ərəfəsində Azercelli-ləri bir çox maraqlı layihələr, əyləncəli yarışmalar gözləyir. Ən əsası isə 6 Azercell abunəçisi Malmödə keçiriləcək mahnı müsabiqəsinin finalında iştirak etmək imkanı qazanacaqlar. Onlar musiqi bayramının içində olmaq, səhnədə baş verənləri canlı-canlı izləmək şansını əldə edəcəklər. Səyahətlə bağlı bütün xərclər Azercell şirkəti tərəfindən ödəniləcəkdir.
 
Azercell-in rəsmi Facebook səhifəsində aprelin 26-dan etibarən tətbiq edilməyə başlanılan və aprelin 28-də bitəcək oyunun 3 qalibi hərəyə 2 bilet əldə edəcəklər. Daha ətraflı www.facebook.com/azercell səhifəsində.